Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin 2012-ci il təvəllüdlü şagirdi U.İ. sol bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hadisə məktəbdə baş verən dava zamanı qeydə alınıb. Şagirdin bu zaman bıçaq xəsarəti aldığı bildirilir.
Hadisə ilə bağlı polis əməkdaşları əraziyə cəlb olunub. Fakt üzrə araşdırma aparılır.