Paşinyan Putinlə razılaşmanı açıqladı:“Rusiya Ermənistana silah verməkdə davam edəcək”

Paşinyan Putinlə razılaşmanı açıqladı:“Rusiya Ermənistana silah verməkdə davam edəcək”Rusiya Ermənistana silah təchizatını davam etdirməyə razılaşıb.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Kommersant” qəzetinə müsahibəsində deyib. Qəzet müsahibəni sentyabrın 9-da dərc edib. Bir gün öncə isə Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. “Rusiyanın silahları mütəmadi təchiz etməsinə razılaşdıq”, – Paşinyan Putinlə görüşlərdə hansı razılaşmaların əldə olunması barədə sualı belə cavablandırıb.

Baş nazirin deməsinə görə, silahların maliyyələşməsi kredit yoluyla təmin olunacaq, “başqa variantlar da götür-qoy olunacaq”.

2017-ci ilin noyabrında Ermənistan Rusiyadan silah satışının maliyyələşməsindən ötrü Moskvadan 100 milyon dollar borc alıb. TASS dövlət xəbər agentliyinin yazmasına görə, kredit Yerevana 2018-2022-ci illər üçün ayrılıb.

Hazırda Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik qalmaqdadır. (Azadlıq Radiosu)

Paşinyan Putinlə razılaşmanı açıqladı:“Rusiya Ermənistana silah verməkdə davam edəcək”

  • 10-09-2018, 10:30
  • 411


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI