Azərbaycandan bu şəhərlərə də uçuşlar dayandırıldı –SİYAHI

952 16-03-2020, 16:14 cemiyyet

Azərbaycandan bu şəhərlərə də uçuşlar dayandırıldı –SİYAHI
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya hesab etdiyi koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmaması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” QSC (AZAL) və əcnəbi aviaşirkətlər bir sıra istiqamətlər üzrə uçuşları müvəqqəti dayandırır.

Xeberdar.net AZAL-a istinadla dayandırılmış uçuş xətlərinin siyahısını təqdim edir:

16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;
– 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;
– 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;
– 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;
– 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;
– 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;
– 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;
– 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;
– 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;
– 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;
– 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

XƏBƏR LENTİ