Uşaqların energetik içki, tütün məmulatlarının istehsalı və satışı ilə bağlı işlərdə çalışması qadağan edilir

650 6-10-2020, 15:14 sosial

Uşaqların energetik içki, tütün məmulatlarının istehsalı və satışı ilə bağlı işlərdə çalışması qadağan edilir

Azərbaycanda yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin sayı artırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu sıraya energetik içkilərin və tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlər daxil edilir.

İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi, yaşı 18-dən az olan şəxslərin təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi barədə müddəa isə Əmək Məcəlləsindən çıxarılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

XƏBƏR LENTİ