Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?

750 7-04-2021, 18:03 cemiyyet

Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?Erməni işğalından azad edilmiş rayonlara media mənsublarının səfəri davam edir. Reportyor.info xəbər verir ki, bu dəfə bir qrup jurnalist Zəngilan rayonuna aparılıb.
Bundan əvvəlki səfər Ağdam şəhərinə olmuşdu. Lakin səfərin təşkili ciddi narazılıq doğurmuşdu. Media nümayəndələrinin əhəmiyyətli hissəsinin səfərdən kənarda qalması, Ağdama aparılan qrupun tərkibi hər kəsin təəccübünə səbəb olmuşdu. Xüsusilə, 44 günlük İkinci Qarabağ Savaşı zamanı Ermənistanla inforomasiya savaşında fəallıq göstərən media quruluşlarının rəhbərləri, ayrı-ayrı jurnalistlər Ağdama aparılmamasından narazılıq edirdilər. Hələ bu səfər zamanı belə iddialar səsləndirilirdi ki, işğaldan azad edilmiş rayonlara səfərlər Prezident Admnistrasiyasının tərtib etdiyi siyahı əsasında təşkil edilir. Adı siyahıda olmayan hər hansı jurnalist, siyasi və ya ictimai fəal həmin səfərdə yer ala bilməz.
Bu dəfəki səfər də media camesində narazılıq doğurub. Yenə də səfərə əsasən ictimai rəyə təsir imkanları aşağı olamayan, yaxud ümumiyyətlə olmayan media mənsubları aparılıb. Doğrudur, Zəngilana səfər edən tərkibə bir neçə tanınmış jurnalist də var. Amma səfərdən kənarda qalan media mənsubları deyir ki, həmin şəxslər imitasiya üçün tərkibə əlavə edilib.
İddialara görə, işğaldan azad edilmiş rayonlara səfərə aparılan jurnalistlərin siyahısını Prezident Admnistrasiyasının sektor müdiri Vüqar Əliyev tərtib edir.
Vüqar Əliyev Prezidentin keçmiş köməkçisi, Prezident Admnistrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin sabiq müdiri Əli Həsənovun kadrı kimi tanınır. O uzun illər keçmiş şöbə müdirinin yanında çalışıb. Əli Həsənovun karyerasının son dövrlərində isə Vüqar Əliyev onun müavini olub.
Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?
Əli Həsənovla bağlı məsələ aydındır. Uzun illər ictimai-siyasi sahəni kurasiya edən keçmiş köməkçinin medianı hansı vəziyyətə saldığı bəllidir. Əli Həsənovun dövründə media mənsubları iki qrupa bölünmüşdü: Əli Həsənovun patronajlığını qəbul edən jurnalistləri və ona asi çıxanlar. Asilər keçmiş köməkçinin direktivləri əsasında işləməyi qəbul etməyən media mənsubları idi. Əli Həsənov bütün qapıları onların üzünə qapatmışdı. Yalnız özünün nəzarətində olan jurnalistlər ən müxtəlif üsullarla önə çəkilirdi ki, bu da mediaya təsadüfi, konyuktur maraqları peşə etikasından üstün tutan, insanları ləkələməyi, şərləməyi jurnalistikanın başlıca prinsipi hesab edən adamların doluşması ilə nəticələnmişdi.
Əli Həsənovun media üzərindəki “hakimiyyəti” illərində keçmiş köməkçinin mətbuatla bağlı qara işlərini əsasən Vüqar Əliyev görürdü. Elə bu səbəbdəndir ki, Əli Həsənov işdən çıxarılarkən Vüqar Əliyevin də Prezident Admnistrasiyasından kənarlaşdırılması gündəmə gəlmişdi. Amma hansısa sehrli əl Əli Həsənovun kadrını xilas elədi.
Əli Həsənovdan sonra media sahəsində vəziyyətin düzələcəyinə ümidlər artmışdı. Düşünülürdü ki, mətbuat keçmiş köməkçinin dəstəyi ilə “tanınmış baş redaktor”, “tanınmış jurnalist” olanlar media cameəsindən uzaqlaşdırılacaq. Mətbuat nəhayət, hansısa məmurun qaydaları, şəxsi istəyi ilə deyil, jurnalistika prinsipləri əsasında fəaliyyət göstərəcək. Bu gün vəzifədə olan məmura yaltaqlanıb, sabah o işdən çıxarılanda alovlu tənqidçiyə çevrilən “jurnalistlər” üçün meydan daralacaq. Yeri gəlmişkən, Əli Həsənov işdən çıxarılanda onu ən çox tənqid edənlər vaxtilə keçmiş köməkçinin hər sözünə “ləbbeyk” deyənlər idi.

Reportiyor.info

XƏBƏR LENTİ