Bakıda 18 min manat dəyərində yağış suları üçün olan dəmir barmaqlıqlar oğurlanıb - VİDEO

Bakıda 18 min manat dəyərində yağış suları üçün olan dəmir barmaqlıqlar oğurlanıb - VİDEOXəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıq 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə, hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.

Xəzər Rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir./Moderator.az/


Bakıda 18 min manat dəyərində yağış suları üçün olan dəmir barmaqlıqlar oğurlanıb - VİDEO

  • 10-01-2022, 11:11
  • 196


Oxşar mövzular
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI