Qızılın qiyməti cüzi artıb

1 228 30-03-2022, 11:03 iqtisadiyyat

Qızılın qiyməti cüzi artıbÖtən gün ucuzlaşmış qızılın qiymətində cüzi artım qeydə alınıb.

Xeberdar.net birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 10,9 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1923,1 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,03% artaraq, 1 unsiyası 24,992 ABŞ dolları təşkil edib.

Buna, Rusiya və Ukrayna arasında danışıqların nəticələri açıqlandıqdan sonra investorların riskli aktivlərə qayıdışı və hec-fondlarından uzaqlaşması səbəb olub.

Xatırladaq ki, ötən gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutub. Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski görüşün konstruktiv keçdiyini və rəsmi Kiyevin təkliflərinin nəzərdən keçiriləcəyini bildirib. Bundan başqa, Medinskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş yalnız iki ölkə arasında sülh müqaviləsinin paraflanması ilə eyni zamana keçirilə bilər.

Analitiklər hesab edirlər ki, Ukraynada müharibə başa çatmayınca qızılın qiyməti 1 900 ABŞ dolları səviyyəsində qalmaqda davam edəcək.

Xeberdar.net

XƏBƏR LENTİ