“Ekosistemin rolu” mövzusunda növbəti təlim keçrildi

1 346 23-04-2022, 17:02 cemiyyet / gundem

“Ekosistemin rolu” mövzusunda növbəti təlim keçrildi
Bu gün, aprelin 23-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində planlaşdırılan 8 (səkkiz) təlimin növbəti sayca beşinci “Ekosistemin rolu” mövzusunda təlim keçrilmişdir.
Tədbiri giriş sözü ilə açan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinin rəhbəri Taleh Əliyev içtirakçıları salamladıqdan sonra sözü layihənin eksperti ekoloq alim Elçin Sultanova verdi. “Ekosistemin rolu” mövzusunda təqdimatla çıxış edən ekspert ekosistemin qorunub saxlanılmasında vacib amillər olan xidmətlər haqqında təlim iştirakçılarına geniş məlumat verdi.

Xatırladaq ki, layihənin icra planına uyğun olaraq təlimlərə 25 Qeyri-Hökumət Təşkilatının nüməyəndəsi cəlb edilib. Təlimlərin sonunda ekoloji fəaliyyətlə məşğul olacaq QHT koalisiyasının yaradılması planlaşdırılır. Üçüncü təlim zamanı koalisiyanın yaradılması üçün təşkilat komitəsi yaradılıb və təsis üçün hazırlıq prosesinə start verilib.

Xeberdar.net

XƏBƏR LENTİ