Səudiyyəli qonaq BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib - FOTOLAR

7 137 1-06-2022, 12:47 sosial

Səudiyyəli qonaq BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib - FOTOLAR

Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzinin Ərəb Dili Akademiyasının inzibati işlər üzrə direktoru Mershed Abdullah El Acyen Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzində işgüzar görüşlər keçirib. Xeberdar.net'ə bu barədə Bakı Avrasiya Universitetindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Ərəbşünaslıq Mərkəzini ziyarət edən Mershed Abdullah El Acyen burada tələbələr üçün yaradılmış şərait və Mərkəzin gördüyü işlərlə tanış olub. Ərəbşünaslıq Mərkəzinin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova və “Ərəbşünaslıq Mərkəzi”nin İcraçı direktoru, dosent Mütəllim Rəhimov Mərkəzin gördüyü işlərlə bağlı qonağa ətraflı məlumat veriblər.
Səudiyyəli qonaq daha sonra tələbələrlə görüş keçirib. Tələbələrin ərəb dili biliklərini dəyərləndirən Mershed Abdullah El Acyen onlarla söhbət edib, ərəb dilini öyrənmələri istiqamətində qarşılaşdıqları problemlərlə maraqlanıb. Daha sonra tələbələrin ifasında şeirlərə, müqəddəs Qurani Kərimdən parçalara və dialoqlara qulaq asan qonaq onlara tövsiyyələrini də verib. O, ərəb dilinin tədrisi ilə bağlı fəaliyyətində Ərəbşünaslıq Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.
Daha sonra Səudiyyəli qonaq BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımovla görüşüb. S.Qasımov deyib ki, Ərəbşünaslıq Mərkəzi ərəb dilinin gənclərə öyrədilməsi, elmi araşdırma, ərəb dilli kitabların nəşri və bu sahədə yaradıcılıq fəaliyyətinə dəstək göstərilməsi, elmi-mədəni sahədə Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Görüşdə Ərəbşünaslıq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi də aparılıb.
Səudiyyəli qonaq BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib - FOTOLAR
Səudiyyəli qonaq BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib - FOTOLAR
Səudiyyəli qonaq BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib - FOTOLAR
Səudiyyəli qonaq BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib - FOTOLAR
Səudiyyəli qonaq BAAU-nun Ərəbşünaslıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib - FOTOLAR


Mirzə li
Xeberdar.net

XƏBƏR LENTİ