AZƏRBAYCAN ORDUSU ANTİ-TERROR ƏMƏLİYYATI KEÇİRİB - 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb

647 3-08-2022, 17:36 cemiyyet

AZƏRBAYCAN ORDUSU ANTİ-TERROR ƏMƏLİYYATI KEÇİRİB - 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıbAzərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.

"Report"un xəbərinə görə, nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.

Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

XƏBƏR LENTİ