Nadirov Spartakın ata və anası hüquq pozuntusu ilə bağlı Dövlət başçısına müraciət etdi.

1 093 26-10-2022, 23:07 gundem

Nadirov Spartakın ata və anası hüquq pozuntusu ilə bağlı Dövlət başçısına müraciət etdi.Nadirov Spartakın atası- Nadirov Abı Abukərim oğlu və anası Nadirova Kəmalə Sahib qıznın Prezident İlham Əliyevə müraciətini sizə təqdim edirik.
Cənab İlham Əliyev sizdən xahiş edirik ,bizim oğlumuz Nadirov Spartakın barəsində başlamış cinayət işi nəzarətə götürülsün.Məhkəmə tibb ekspertizasının çıxardığı rəylər belə, bir- birinə ziddir.
Beləki, şikayətçi Əhədov Emin qolunun oğlumuz Spartak tərəfindən sındırıldığını iddia edir. Ekspertiza cavablarına əsasən isə əvvəl verilmiş iki rəydə qolunda ağır xəsarət ,daha sonrakı iki rəydə isə daha ağır xəsarət olmasının məqsədli şəkildə göstərilməsi aşkardır.
Cənab prezident oğlumuz Spartaq Nadirov Azərbaycan gənci olaraq daim sizə ,dövlətçiliyə, və ölkəmizdə şah olan qanunlara hörmətlə yanaşıb. Bundan sonra da belə olacaqdır. Onun haqqında belə bir haqqsız qərara yenidən baxılması üçün sizdən xahiş edirik lazımı tədbir görülsün.
Onu da qeyd edək ki , vaxtilə Emin Əhədovun atası ilə torpaq mübahisəmiz olub – qanuni şəkildə əldə etdiyimiz torpağın onlara məxsus olduğunu iddia edərək işi məhkəməyə veriblər və həmin məhkəmədə qanun bizim tərəfimizə qərar çıxarıb. Onu qəbul etməyərək Əhəd Əhədov ruhi xəstəliyi olan oğlunu məqsədli şəkildə oğlumuzun üstünə göndərib.Aralarında yaranan mübahisədən sonra qolunun sındığını iddia edib. Bu əsasla da oğlumuz cinayət məcəlləsinin 126-cı maddəsi əsasında ittiham olunub. Halbuki ,oğlumuzun ona əli dəyməyib.
Cənab İlham Əliyev,sizdən bir daha xahiş edirik ,oğlumuz haqqında açılan cinayət işi üzrə ibtidai istintaqda olan qanun pozuntusunun bərpa olunması üçün iş nəzarətə götürülsün.

Nadirov Spartakın ata və anası hüquq pozuntusu ilə bağlı Dövlət başçısına müraciət etdi.
Nadirov Spartakın ata və anası hüquq pozuntusu ilə bağlı Dövlət başçısına müraciət etdi.

XƏBƏR LENTİ