Prezident bu yüksək vəzifəli şəxsləri işdən çıxardı

282 28-12-2022, 13:11 cemiyyet

Prezident bu yüksək vəzifəli şəxsləri işdən çıxardıƏsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Xeberdar.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Xeberdar.net

XƏBƏR LENTİ