Abşeronda evdən 10 000 manatlıq qızıl oğurlanıb

340 20-05-2023, 13:11 cemiyyet / kriminal

Abşeronda evdən 10 000 manatlıq qızıl oğurlanıbƏvvəllər məhkum olunmuş Aqşin Quliyev saxlanılıb

Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanıb.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.