Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildi

73 29-05-2023, 16:24 cemiyyet

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildiBiləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.