Ərdoğan iyunun 3-də and içəcək

141 2-06-2023, 09:39 dunya

Ərdoğan iyunun 3-də and içəcəkƏrdoğanın andiçmə mərasiminin vaxtı açıqlanıb

Yeni müddətə yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.

Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

"(Ərdoğanın-red) Andiçmə mərasimi parlamentdə baş tutacaq. O, sonra Prezident Sarayında andiçmə mərasiminə gəlmiş xarici ölkə liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam Prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”, - Altun bildirib.

XƏBƏR LENTİ