Son dövrlər baş verənlər bir daha göstərdi ki, mətbuata nəzarət işində iştirak edən bəzi məmurlar və onların kurasiya etdiyi “media makler”ləri ölkənin informasiya məkanını necə kirləyiblər. Bu çirkinlik ən müxtəlif səviyyələrdə özünü göstərməkdədir: başa çıxardıqları adamlardan kimisinin əxlaqı yerində deyilmiş, kimisi öz çevrəsinə, dostlarına “torba tikən” imiş…
Bu siyasət də məhz Prezident Administrasiyasında uzun müddət ictimai-siyasi şöbə müdiri vəzifəsini tutmuş Əli Həsənovun “üslubudur”. Onun çirkli media siyasətini isə hələ də davam etdirənlər var. Halbuki son hadisələr sübut etdi ki, məhz bu komandanın bütün üzvləri zərər vururmuş
İndi keçmiş PA rəhbəri Ramiz Mehdiyevlə bağlı məsələlərin üzə çıxması Əli Həsənovdan sonra PA-da qalan ona yaxın məmurların fəaliyyətini araşdırmağı zəruri edir.
Məsələn, Vüqar Əliyevin. O, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdirinin müavinidir. Bundan əvvəl sektor müdiri olub. Sonra vəzifəsi bir pillə aşağı salınaraq müdir müavini təyin olunub. Onun vaxtilə Əli Həsənovun “sağ əli” olduğu sirr deyil. Necə olubsa, PA-da özünə yer edə bilmiş Vüqar Əliyevin bu gün mətbuat çirkablarında rolunun olduğu bildirilir.
Hətta bu günlərdə o da məlum olub ki, Vüqar Əliyev vaxtilə bir məmurun karyera yüksəlişində üzləşdiyi problemin həlli üçün Əli Həsənovla birgə etdikləri köməyi harada gəldi danışırmış. Təbii ki, bir insan etdiyi yaxşılıqları başqa yerlərdə danışmalı deyil, necə deyərlər, sağ əlin verdiyini sol bilməməlidir.
Zamanında Ramiz Mehdiyev, Əli Həsənov kimi məmurların əməllərinin indi qabarıq şəkildə ortaya çıxması və ifşa olunması,
Vüqar Əliyevin bir nüfuzlu məmur haqda orada-burada nələrisə danışması göstərir ki, bu komanda göstərilən etimadı dəyərləndirməyi bacarmır. Eyni zamanda, Vüqar Əliyevin ictimai rəyə təsiri olmayan adamlarla media işini qurması da göz qabağındadır. Bəlli oldu ki, Əli Həsənov “üslubu” işə yaramır, mətbuata aidiyyatı olmayan səviyyəsiz adamlar himayə olunur və Vüqar Əliyev tərəfindən dəstəklənir. Bəs bu adamların çirkinliyindən başqa hakimiyyətin media siyasətində hansı müsbət töhfələri var? Vüqar Əliyev nə üçün onlarla işləməyə davam edir? Onun sosial şəbəkələrdə saxladığı trol dəstələri kimi qoruyur – dövlətin mövqeyini, yoxsa Vüqar Əliyevin maraqlarını?
Onu da demək yerinə düşər ki,
Vüqar Əliyevin bilavasitə idarə etdiyi media qurumları sırasında onun sifarişi ilə müxtəlif kompromat materialları yayanlar az deyil. Belə “reket” qrupları Vüqar Əliyevin təsiri altındadır. Bəs bu “fəaliyyət” hakimiyyətə nə qazandırır? Axı ona həvalə edilən missiya dövlətlə media münasibətlərində normal, sağlam mühit yaratmaq, faydalı ola bilməkdir. Ancaq Vüqar Əliyevin fəaliyyəti heç də Prezidentin siyasətinə uyğun gəlmir. Əksinə, pozucu və dağıdıcı media siyasəti qurub ki, bu da dövlət başçısının siyasi kursuna cavab vermir.
Yeri gəlmişkən, onun prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin vəzifəyə gəlməsində, Hacıyevin də Əli Həsənovdan sonra Vüqar Əliyevi PA-da saxlamasının detalları da məlum olub. Bu barədə növbəti yazımızda təfərrüatını təqdim edəcəyik.
Reportyor.info