Ötən həftə 30 nəfər xilas edilib - Video

11 Bu gün, 12:12 cemiyyet

Ötən həftə 30 nəfər xilas edilib - VideoÖtən həftə ərzində 169 yanğına çıxış, 31 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Xeberdar.net məlumat verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 30 nəfər xilas edilib, 13 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ