Ağdam köçkünü aldadıldı - 500 azn

958 7-01-2018, 11:29 bolge / gundem

Ağdam köçkünü aldadıldı - 500 azn
Bu barədə XİA.az-a Ağdam rayon Əhmədağalı kənd sakini məlumat verib. Belə ki, Ağcabədi rayonunda yaşayan ata və oğlu onu aldadaraq ona saxta sürücülük vəsiqəsi düzəldiblər. Bunu isə polis zabiti qanuniləşdirməyə çalışıb. Bir müddət sonra isə sürücülük vəsiqəsinin saxta olmasının üstü açılıb.
Saxta sürücülük vəsiqəsi düzəldən şəxslə əlaqə saxladıq. O , 500 manat aldığını etiraf etdi. Bildirdi ki, RQİ və TBŞ-sində belə bir qanunsuz iş görüb. Faktla bağlı aidiyyatı orqanlara müraciyət etmişik.
Mövzuya yenidən qayıdacağıq.

P.S.

Sürücülük vəsiqəsini necə əldə etmək olar?

Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.

İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.

Beləliklə, sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi;
2) müvafiq formada tibbi arayış;
3) sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);
4) dövlət rüsumunun ödənilməsinə dair sənəd.

XƏBƏR LENTİ