İcra hakimiyyətinin şöbə müdirini bıçaqlayan şəxsin məhkəməsi: obyektə görə dava ediblər

838 8-01-2018, 13:34 cemiyyet / gundem

İcra hakimiyyətinin şöbə müdirini bıçaqlayan şəxsin məhkəməsi: obyektə görə dava ediblərQuba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi bıçaqlamaqda təqdirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Şakir Mədətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməyib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Şakir Mədətov İkinci Nügədi kəndinin sakinidir.

Hadisə elə həmin kənddə baş verib. Belə ki, icra hakimiyyətinin şöbə müdiri də həmin kəndin sakinidir və bu iki həmkəndli arasında torpaq sahəsi üstündə mübahisə düşüb. Nəticədə Mədətov Əmrullayevi bıçaqlayıb.

Belə ki, Mədətov meşəlik ərazidə istirahət mərkəzi işlədirmiş. Həmin əraziyə yaxın yerdə şöbə müdirinin də obyekti olub. Mübahisə də bu səbəbdən başlayıb.

Ş.Mədətov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Xeberdar.net

XƏBƏR LENTİ