Xırdalan şəhərində qətl hadisəsi baş verib. Hadisə 20 Yanvar küçəsində qeydə alınıb.
Xeberdar.net "Report"-a istinadən xəbər verir ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ər saxlanılıb.
O, ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etməsi və qətli də məhz qısqanclıq zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Xeberdar.net