ABŞ 2011-ci ildən bu yana Suriyada oynanılan siyasi şahmatı öz xeyirinə dəyişdirməyə çalışır.
Axar.az xəbər verir ki, bunu “Tasnim” agentliyinə açıqlamasında iranlı politoloq Həsən Hanizadə söyləyib.
“ABŞ-ın hədəfi təkcə prezident Bəşər Əsədi devirmək deyil. Onlar Əsədi devirdikdən sonra Qolan təpələrindən Deraya qədər uzanan məsafədə xüsusi muzdlu ordu qurmaq istəyirlər. Bu ordu İsrailin təhlükəsizliyi üçün nəzərdə tutulub. ABŞ hazırda Suriyada yeni plan hazırlayır. Onlar Mərkəzi Kəşfiyyat İdarəsi və Mossadın Yaxın Şərq mərkəzini Suriyaya daşımaq istəyirlər. Bununla İranın və tərəfdaşlarının Suriyadakı varlığına mane olmağa çalışırlar”, - o bildirib.
Xeberdar.net