Polis ötən gün axtarışda olan 26 nəfəri saxlayıb

819 13-01-2018, 11:12 cemiyyet / gundem

Polis ötən gün axtarışda olan 26 nəfəri saxlayıbAzərbaycanda ötən gün qeydə alınan cinayətlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Azərbaycanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ