Deputatlar Bolqarıstana getdilər

690 16-01-2018, 11:05 dunya / gundem

Deputatlar Bolqarıstana getdilərMilli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər.

Milli Məclisdən Moderator.az-a verilən məlumata görə, Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə ediblər.

Deputatlarımız Bolqarıstan Parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Xeberdar.net

XƏBƏR LENTİ