Quba rayonunda 5 gündür 9 aylıq hamilə qadın itkin düşüb-polis isə biganədir

1 110 17-01-2018, 20:23 bolge / gundem

Quba rayonunda 5 gündür 9 aylıq hamilə qadın itkin düşüb-polis isə biganədir
Quba rayonunda 5 gündür 9 aylıq hamilə qadın itkin düşüb. Polisə müraciət edilsə də, polis idarəsi Hadisə ilə bağlı redaksiyamıza məlumat verən mənbə qeyd edib ki, İtkin düşən Aynurə Həsənova ailədə həyat yoldaşı və qaynanası tərəfindən şiddətə məruz qalması ilə bağlı polisə ərizə ilə müraciət edib. Daha sonra şiddətə dözməyən A. Həsənova Xaçmazdakı bacısı evinə gedib və orada müvvəqəti yaşayıb. 13 yanvar 2018-ci ildə isə o, Quba rayon polis idarəsinə gələrək həyat yoldaşını çağırmalarını, təhlükəsizliyinə təminat verilməsini və ailəsi ilə barışmaq istədiyini bildirib.
A.Həsənovanın anasının bildirdiyinə görə, polislər qızının xahişinə məhəl qoymayaraq onun idarədən qovublar. Polis idarəsindən çıxan A.Həsənova nə bacısı evinə, nə də həyat yoldaşının yanına getməyib. Həmin gündən isə onunla bağlı heç bir xəbər yoxdur. Qızından xəbər tuta bilməyən ana məsələ ilə bağlı yenidən Quba rayon Polis idarəsinə müraciət edib.
A.Həsənovanın anası saytımıza bildirib ki, Xaçmaz rayon polis idarəsi qızının itkin düşməsi ilə bağlı rəsmi məlumat yayıb və qızının Xaçmaz rayonunda olmadığını bildiriblər. Bundan sonar isə polis məsələ ilə bağlı heç bir tədbir görməyib .İndi ana övladının başına gələnlərdən narahatdır.
Görünən odur ki, Quba rayonunda ailə münaqişəsi zəminin problemlər baş verib. 9 aylıq hamilə olan bir qadı itkin düşüb. Insanların asayişini, təhlükəsizliyini qorumağa məhkum olan bir qurum isə heç bir tədbir görməyib. Bu səbəbdən çarəsiz qalan 9 aylıq hamilə xanım itkin düşüb.
Başqa bir mənbədən aldığımız məlumata görə, Aynurə Həsənovanın rəsmi nigahı olmayıb. Polis bunu əsas gətirərək şiddətə məruz qalan A. Həsənovanın şikayətinə biganə qalıb.
Xatırladaq ki, vətəndaşın şiddətə məruz qalması onun qanuni və ya qanunsuz nigahda olmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq tənzimlənir. Və şiddətə məruz qoyanı məsuliyyətdən azad etmir. Hüquq mühafizə orqanlarının işi isə bu cür halarda məsələyə hüquqi müstəvidə müdaxilə etməkdir. Baş verənlər onu göstərir ki, Xaçmaz polisi ya hüquqlarını bilmir, ya da nəyinsə müqabilində hüquqdan yan keçir.
Bakunews.az məsələ ilə bağlı Quba rayon Polis idarəsinin növbətçi hissəsi ilə əlaqə saxlayıb. RPİ-nin növbətçisi müxbirimizə gözləməyi, bununla bağlı RPİ-nin Təhqiqat şöbə müdiri ilə əlaqə yaradacağını bildirsə də uzun müddət gözlətdikdən sonar dəstəyi yerə qoyub.
Ümidvarıq ki, aidiyyatı qurumlar məsələyə müdaxilə edəcək və hamilə qadının tapılmasına, qanuni səviyyədə hüquqlarının bərpa olacağına sərəncam verəcəklər.

Xeberdar.net

XƏBƏR LENTİ