Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı - BİRİ ÖLDÜ

660 21-01-2018, 11:10 hadise / gundem

Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı - BİRİ ÖLDÜBakıda huşsuz vəziyyətdə tapılan iki nəfərdən biri ölüb.

Xeberdar.net Lent.az-a istinadən xəbər verir ki, Naximov küçəsində yerləşən mənzilin mətbəxində paytaxt sakini, 1970-ci il təvəllüdlü Musayev Musa Fərman oğlu və Ucar rayon sakini, 1974-cü ildə anadan olmuş Əsgərov Ceyhun Tahir oğlu huşsuz vəziyyətdə aşkarlanıb. Onların ikisi də xəstəxanaya yerləşdirilib. Lakin C.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənib. Onlar dost olublar.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ