İran XİN-in sözçüsü: “Türkiyənin əməliyyatını diqqətlə izləyirik”

703 22-01-2018, 15:36 dunya / gundem

İran XİN-in sözçüsü: “Türkiyənin əməliyyatını diqqətlə izləyirik”“İran Türkiyə ilə davamlı əlaqə saxlayır və məsləhətləşmələr aparır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Suriyada Afrin əməliyyatına başlaması və İranın mövqeyi ilə bağlı suala cavabında bildirib.
Sözçü deyib ki, artıq Türkiyənin Afrinlə bağlı atdığı addım haqqında rəsmi mövqe bildirilib: “Suriyadakı proseslər bizim üçün önəmlidir. Diqqətlə baş verənləri izləyirik və düşünürük ki, Astana prosesi çərçivəsində danışıqlarımızı davam etdirmək üçün bu durum tez bir zamanda dayandırılmalıdır. Ona görə ki, prosesin bu tempdə davam etməsi mümkündür ki, terrorçuların geri qayıtmasına şərait yaratsın. Bu, Suriya və qonşularının xeyrinə deyil”.
B. Qasimi Almaniyanın “Der Spiegel” dərgisinin İrana qarşı Almaniya, Britaniya və Fransa tərəfindən yeni sanksiyaların tətbiqi barədə dərc olunan yazıya da münasibətini açıqlayıb: “Bu, mətbuatda yayılmış bir məsələdir və biz Almaniyadan belə bir siqnal almamışıq. Əlaqələrimiz inkişaf etdirilir. Ümid edirik ki, aparılmış və aparılacaq müzakirələr nəticəsində əlaqələrin inkişafı yüksələn temp üzrə davam edəcək. Hazırkı şəraitdə bu kimi məsələləri ciddi qəbul etmək lazım deyil. Ayıqlıq və sayıqlıqla davranmaq lazımdır”.
B. Qasimi “Airbus” və “Boeing” şirkətlərinin İranın sifariş etdiyi təyyarələri gecikdirməsinə toxunaraq deyib ki, “Boeing” şirkəti və Donald Tramp arasında olan məsələ ABŞ-ın daxili məsələsidir: “ABŞ hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını icra etmək öhdəliyi götürüb və İrana qeyri-hərbi təyyarələrin satışını asanlaşdırmağa borcludur”.

Xeberdar.net

XƏBƏR LENTİ