Balaca Əliyə təcili kömək lazımdır

655 22-01-2018, 21:25 gundem

Balaca Əliyə təcili kömək lazımdır
Əli Səfiyev dünyaya qüsurlu olaraq göz açıb.

Xeberdar.net bildirir ki, 1 ay 20 günlük olan körpə sidik kisəsinin ekstrofiyası xəstəliyindən əziyyət çəkir. Həkimlərin sözlərinə görə, uşaq 3 ayına qədər təcili olaraq əməliyyat olunmalıdır. Bunun üçün də 23000 AZN pula ehtiyac var. Lakin ailənin maddi vəziyyətinin yaxşı olmaması uşağın sağlamlığına qovuşmasında maneə yaradır.

Bununla bağlı ailə bir çox çıxış yolluna əl atıb. Bankdan kredit götürülüb, evdəki dəyərli əşyalar satılıb. Amma toplanan pul yenə də müalicə xərclərini tamamlamayıb. İndi ailə tək ümid yeri kimi xeyirxah insanlardan kömək gözləyir.

Ailəyə kömək etmək istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.

Bank Respublika

Hesab: 380194402454501701

AZE: 16923945

Bildirək ki, qeyd olunmuş hesaba “MilliÖn” ödəmə terminallarından da yardım etmək mümkündür.

Əlaqə nömrəsi: + (994) 50 334-52-49

XƏBƏR LENTİ