Bakıda saxlanılan şəxsin gizlətdiyi silah tapılıb

700 23-01-2018, 11:36 cemiyyet / gundem

Bakıda saxlanılan şəxsin gizlətdiyi silah tapılıbDaxili İşlər Nazirliyi Bakıda xüsusi üsulla gizlədilən silahın tapılması faktı barədə məlumat açıqlayıb.

Bu barədə musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Vüqar Məmmədovun ətrafında aparılan tədbirlərlə o, silah gizlətməsini etiraf edib və yeri barədə məlumat verib.

Əməliyyat tədbirlərinin davamı olaraq Sabunçu rayonunun Pirşağı qəsəbəsinin 2-ci Sovxoz ərazisində həmin yerə baxış keçirilib və oradan qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Xeberdar.net

XƏBƏR LENTİ