Rusiyanın energetika naziri: "Neftin qiyməti çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın"

803 24-01-2018, 18:21 dunya / gundem

Rusiyanın energetika naziri: "Neftin qiyməti çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın"Dünya bazarında neftin qiyməti qiymətləri çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Hazırki qiymətlər neft bazarının fundamental amillərinə əsaslanır. 60 dollar/barel səviyyəsi neft bazarını obyektiv şəkildə əks etdirir. Cari proqnozlar bir il əvvələ nəzərən daha nikbindir. O zaman qiymətləri 50-55 dollar/barel səviyyəsində olacağı ehtimal edilirdi", - deyə o, qeyd edib.

Xeberdar.net

XƏBƏR LENTİ