Siyasi məhbusun xanımı od püskürdü: “Ey haqqını müdafiə etdiyimiz vətəndaş!..”

1 269 24-01-2018, 19:47 siyaset / gundem

Siyasi məhbusun xanımı od püskürdü: “Ey haqqını müdafiə etdiyimiz vətəndaş!..”
Lamiyə Orucova

Kanal13-ün rəhbəri, siyasi məhbus Əziz Orucovun həyat yoldaşı

Ey vətəndaş, bil və agah ol. Nə qədər ki, sən susacaqsan, bu məmləkətdə qorxub demədiyin problemləri işıqlandıran bir nəfər də olsun jurnalist azadlıqda qalmayacaq. Hər 3 gündən bir – bir Əziz həbs olunacaq. Bir evin çırağı sönəcək.Və əmin ol, bir gün sənin də evində o çıraq sönəcək. Bu dəfə işıq pulunu ödəyə bilmədiyin üçün yox…

21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ də Azərbaycan adlı məmləkət sovetdənqalma ideologiyalarla idarə olunur. Bir az oxumuş, savadlı, dünyagörüşlü, azad fikirli insanlar cəmiyyətdən təcrid olunur. Hətta bir az da irəli getsəm, deyərəm ki, 1937-ci ildə repressiya qurbanları kimi bu şəxslər də repressiyaya məruz qalırlar. Dövri repressiyanın 37-ci il repressiyasından tək fərqisə ondadır ki, bu ziyalı, azad düşüncəli insanlar sürgün edilib, açıq-aşkar insanların gözü qarşısında güllələnmir. Onlar ailəsinin, sevdiklərinin gözü qarşısında şərlənib, təhqir olunub həbs edilirlər. İndi elə bir dövrdə yaşayırıq ki, hər 5 ailədən birində siyasi məhbus var. Necə ki, vaxt var idi, 1937-ci ildə hər 5 ailədən biri repressiya qurbanı olurdu.
Siyasi məhbusun xanımı od püskürdü: “Ey haqqını müdafiə etdiyimiz vətəndaş!..”
İndi insanların müəyyən hissəsi, hətta azad düşüncəli insanlar da susub oturmağı tərcih edir. Bizim kimilərsə yazıb-pozmağı, bu haqsızlığa göz yummamağı, mübarizə aparmağı. Maraqlı olan bilirsiniz nədir? Sonumuzun həbs olacağını bilə-bilə biz bu yolu seçib addımlayırıq. Sənin üçün, onun üçün, bizim üçün, bu millət üçün. Bəs xalqımiz bizim bu cabamızı dəyərləndirirmi, bax bu ayrıca sualdır. Kimisi deyir “əşşi, bu millətin dərdi sənə qalıb, sus otur da”. Kimisi də…

Elə mənim bu məqaləmi oxuyanlar da güman ki, 2 hissəyə bölünəcək. Ağlınızdan keçən fikirləri oxumaq elə də çətin deyil. Bir hissəniz dediklərimə haqq qazandırır, bir hissəniz də “day özün deyirsən də, başına da bu qədər iş gəlib, sus otur da yerində. Qadın başına nə edəcəksən ki guya” deyirsiniz.

Susub otura bilmirəm. Heç gecələr yata bilmirəm. Çünki Sizin kimi problemli vətəndaşların səsini cəmiyyətə çatdırdığı üçün mənim həyat yoldaşım həbsdədir.

İlkin olaraq ona 1 ay inzibati həbs verdilər. Bu bir ay ərzində yenə də Kanal 13-ün qapısında onlarla gözləyən şikayətçini naümid geri çevirmədik. Hər birinə tribuna verdik.

1 aylıq inzibati həbsin bitəcəyi gün ona cinayət işi acıldığını və prokurorluq tərəfindən aparıldığını öyrəndim. Halbuki ona ata olacağı xəbərini verəcəkdim. Amma yaşadığım stresdən körpəmizi itirdim. Zərbə üstünə zərbə aldım yəni…
Siyasi məhbusun xanımı od püskürdü: “Ey haqqını müdafiə etdiyimiz vətəndaş!..”
4 aylıq istintaq prosesi başladıldı. Bu 4 ay ərzində biz nə görüşə, nə də danışa bildik. Uzun sürən mübarizədən sonra nəhayət ki, 3 ayın sonunda Əziz Orucovla görüşə bildik. Həmin an yaşadığım sevinci və qırğınlığı, ağrını anlatmaq çox ağırdı. Nəhayət ki, üzünü görüb, səsini eşidirdim. Ancaq aradakı şüşədən nə toxuna bildim, nə də qoxusunu duya bildim. Artıq 9 aydır biz belə görüşüb danışırıq. Hələ irəlidə ayrı keçirəcəyimiz düz 6 il var. Heç 6 illik bərabərliyimiz yoxkən 6 il ayrı salındıq.

Bu yazımı oxuyan hər kəsədir sözüm. Bu gün Kanal 13-ün rəhbəri Əziz Orucovun həbsində hər biriniz günahkarsınız. Niyə? Ona görə ki, biz jurnalistlər sizlər üçün çabalayıb didinirik. Sizin hər bir sözünüzü cəmiyyətə çatdırmağa çalışırıq. İstər ziyalısı, deputatı, naziri, istərsə də adi vətəndaşı – hər biriniz bizim efirdən sözünüzü deyib fikirlərinizi cəmiyyətə çatdırırsınız. Amma siz öz işiniz görüləndən sonra susub oturursunuz. Hətta bəziləriniz videolarınızı silməyimizi tələb edirsiniz.

Ey vətəndaş, biz sizin üçün canımızı, azadlığımızı ortaya qoymuşuq. Bəs sən niyə susursan, niyə günahsız yerə jurnalistlərin həbs olunmasına göz yumursan, azadlıq tələb etmirsən? Sizin bizim mikrofonumuza, kameramıza, tribunamıza ehtiyacınız olduğu kimi, bizim də sizin səsinizə, dəstəyinizə ehtiyacımız var. Bir dəfə də kamera qarşısında öz problemlərinizdən deyil də biz jurnalistərdən danışın, bizə azadlıq tələb edin.
Siyasi məhbusun xanımı od püskürdü: “Ey haqqını müdafiə etdiyimiz vətəndaş!..”
Ey vətəndaş, bil və agah ol. Nə qədər ki, sən susacaqsan, bu məmləkətdə qorxub demədiyin problemləri işıqlandıran bir nəfər də olsun jurnalist azadlıqda qalmayacaq. Hər 3 gündən bir – bir Əziz həbs olunacaq. Bir evin çırağı sönəcək.Və əmin ol, bir gün sənin də evində o çıraq sönəcək. Bu dəfə işıq pulunu ödəyə bilmədiyin üçün yox…

Bu gün mən yaşadıqlarıma, yoldaşımın siyasi məhbus olduğuna təəssüflənmirəm. Əziz Orucov özünü bu Vətənə, bu millətə həsr edib. Azadlığını qurban verib. Lazım gəlsə 10 dəfə, 100 dəfə bunu edər. Mənsə hər zaman onun arxasında duraram.Yetər ki, sizlər biz olmadan da öz ayaqlarınız üstündə durmağı bacarın, haqqınızı tələb edin. Çünki biz jurnalistlərə də çox bel bağlamaq olmaz. Hər gün birimiz həbs həyatına məhkum olunuruq. Bir gün də ayılacaqsınız ki, ölkədə sənin sözünü deyən bir dənə də olsun jurnalist qalmayıb.

Xural.com

XƏBƏR LENTİ