Mövlud Çavuşoğlu: "ABŞ etibarını itirib"

978 25-01-2018, 17:59 dunya / gundem

Mövlud Çavuşoğlu: "ABŞ etibarını itirib"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransada ABŞ xarici işlər naziri Reks Tillersonun “təhlükəsiz bölgə” təklifinə cavab verib.

Xeberdar.net Türkiyə KİV-ə istinadən bildirir ki, M.Çavuşoğlu deyib: “Bu müddət ərzində ABŞ-la münasibətlərdə inamsızlıq yaşandı. Etibar yenidən bərpa edilmədən bu mövzuların müzakirəsi doğru deyil. Əvvəlcə real addımlar atılmalı və etibar bərpa edilməlidir”.

“Məqsədləri nədir, bilmirik, əvvəlcə etibar inamsızlıq mühiti aradan qaldırılmalıdır”, – iki ölkə arasında yaranan inamsızlıqdan danışan nazir vurğulayıb.

Xeberdar.net

XƏBƏR LENTİ