“Azərcell Telekom” MMC müştərilərinn cibinə girməkdə davam edir.
Xeberdar.net“Ölkə.Az”-a istinadən xəbər verir ki, sözügedən mobil operator bu gün əksər müştərilərinin balansından əlavə məbləğ silib.
Belə ki, mobil operator “Zəngimcell” xidməti müqabilində müştərilərinin balansından əlavə məbləğ silib.
İstehlakçıların xəbəri olmadan müştərilərini sözügedən xidmətə əlavə edən şirkət, bunun üçün aylıq 0,5 manat, günlük isə 0,2 manat balansdan əlavə vəsaiti mənimsəyir.
Qeyd edək ki, “Azərcell Telekom” MMC milyonlarla müştəriyə sahibdir.