“28 May”dakı partlayışın səbəbi açıqlandı

920 27-01-2018, 11:13 cemiyyet / gundem

“28 May”dakı partlayışın səbəbi açıqlandıİlkin ehtimala görə, “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanın zirzəmisindəki partlayışa qaz sızması səbəb olub.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib.

“Ərazidə dünən qazıntı işləri aparılıb. Ehtimal edilir ki, qazıntı işləri zamanı MTK-ya gedən qaz kəmərinə toxunublar. Nəticədə qaz sızması baş verib və partlayış olub”.

O bildirib ki, hadisə nəticəsində ölən olmayıb, yalnız bir nəfər xəsarət alıb. R. Əliyev əlavə edib ki, hadisə səhər saatlarında baş verib. Ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb.

Xeberdar.net

XƏBƏR LENTİ