Əməkdaşlıq Mərkəzi işçi qrupunun ilk yığıncağı oldu

981 27-01-2018, 20:45 cemiyyet / gundem

Əməkdaşlıq Mərkəzi işçi qrupunun ilk yığıncağı olduYanvarın 24-də KXCP qərargahında Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keşirilən növbəti Qarabağ Forumunda Qarabağ problemi ilə bağlı BMT TŞ-na, ATƏT-in Minsk qrupu həmsədrlərinə, Azərbaycan hakimiyyətinə siyasi partiyalar, ziyalılar, ictimai xadimlərin birgə müraciətinin hazırlanması barədə qərar qəbul olunmuşdu.

Bundan başqa Qarabağ forumunun müntəzəm fəaliyyəti üçün Milli Birlik Partiyasının sədri H.Əzimov, Xalq Partiyasının sədri P.Hüseyn, Böyük Azərbaycan Partiyasının sədri E.Musayev, Qarabağ Azadlıq Təşkilatının sədri A.Nağı, Azadlıq partiyasının sədri Ə. Orucdan (koordinator) ibarət işçi qrup yaradılıb.

Bu gün işçi qrupun ilk yığıncağı olub və iş bölgüsü aparılıb. Cəmiyyətin bütün enerjisinin və diqqətinin Qarabağ probleminin həllinə yönləndirilməsinin vacibliyi bildirilib.

Xeberdar.net

XƏBƏR LENTİ