Polşa üçün hazırda ən böyük təhlükə mənbəyi Rusiyadır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Davos Beynəlxalq İqtisadi Forum çərçivəsində “Politico” nəşrinə Polşanın baş naziri Mateuş Moravetski bildirib.
“Rusiyadan gələn təhlükəni mən bu cür qəbul edirəm”, - deyə baş nazir “Polşa üçün ən böyük təhlükə nədir?” sualına cavabında bildirib.
Qeyd edək ki, Mateuş Moravetski bu il dekabrın 11-dən Polşa Nazirlər Kabinetinə rəhbərlik edir.
Xeberdar.net