Cənubi Qazaxıstan məscidlərindən birinin imamı alkoqolizmdən əziyyət çəkən bir kişinin intihar etməsinin qarşını alıb.
Xeberdar.net bu haqda Rusiya mediasına istinadla xəbər verir ki, Karatau rayonunun Sayram kənd məscidinin imamı Tursunxodja Xanxodjayevin sözlərinə görə, məscidin arxa otağında qolları və boynunda kəsiklər olan bir kişi görüb.
Din xadimi adamı evinə göndərməyə çalışıb. Ancaq kişi gözlənilmədən qaz balonunun şlanqını kəsərək axan qaza od vurub. Yaşlı imam çətinliklə də olsa, alovu söndürərək həmin şəxsi xilas edib və təcili yardım çağırıb. Zərərçəkən polisə verdiyi ifadədə bu davranışlarıyla diqqət cəlb etmək istədiyini açıqlayıb.
Xeberdar.net