Belçika səfiri: "Heç bir ölkənin mentalitetinə mükəmməl demək olmaz"

616 30-01-2018, 17:12 dunya / gundem

Belçika səfiri: "Heç bir ölkənin mentalitetinə mükəmməl demək olmaz""Qadınlara qarşı zorakılıq yalnız Şərq ölkələrində deyil, Qərb ölkələrində də ciddi problemlərdən biridir. Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan çoxsaylı təşkilatların olması və bu sahədə atılan addımlar çox sevindiricidir".

Moderator.az xəbər verir ki, bu sözləri publika.az-a Belçikanın ölkəmizdəki səfiri Bert Skufs deyib.

Səfir qeyd edib ki, bu problemlə zaman-zaman Belçikada da qarşılaşırlar:

"Bütün dünya ölkələri müəyyən sivilizasiya mübarizəsindən sonra özlərinə xas keyfiyyətlər mənimsəməyə başlayır. Bu zaman kəsiyində müəyyən ölkələrin mədəniyyətlərindən, adətlərindən və digər rituallardan qaynaqlanan təsirlənmələr olur. Nəhayət mental düşüncələr formalaşmağa başlayır. Beləcə bu və digər problemlər yaranmağa başlayır. Çünki ümumi olaraq heç bir ölkənin mentalitetinə, adət-ənənəsinə mükəmməl demək olmaz".

Belçikada, eləcə də digər Avropa ölkələrində 18 yaşından sonra gənclərin azad həyata atılmasına diqqət yönəldən səfir bildirdi ki, bu heç də digər ölkələrlə dərin fərq yarada biləcək məqam deyil:

"Avropa ölkələrində digər ölkələrlə müqayisədə zorakılıq halları daha azdır. Avropada gənclər daha rahat və sərbəst həyat tərzi keçirir, ancaq bu hal da qızların zorakılığa məruz qalmasına səbəb olmur. Bilirsiz, mən deməzdim ki, bu birbaşa yetkinlik yaşından sonrakı dövrü əhatə edir. Düzdür, bizdə 17-18 yaşından sonra gənclər ali təhsil müəssisələrinə qəbul olduqdan sonra ailə ilə deyil, qrup şəklində yaşamağa üstünlük verir. Amma təhsil aldıqları ölkədən, şəhərdən asılı olmayaraq, onlar iqtisadi baxımdan valideynlərindən asılı olurlar. Yəni, nəzarətsiz yaşamırlar. Digər tərəfdən isə hazırda cəmiyyətdə qadına qarşı zorakılığın konkret səbəbini tapmaq çox çətinləşib".

Səfir söylədi ki, bu cür mənfi halların aradan qaldırılması üçün beynəlxalq təşkilatlarla yanaşı, aidiyyatı yerli qurumlar da davamlı layihələr hazırlamalı, KİV-lərin köməyi ilə daha güclü ictimai qınaq formalaşdırmalıdırlar:

"Düşünürəm ki, bu sahədə Azərbaycan ayrı-ayrı qurumların fəaliyyəti çərçivəsində çox uğurlu layihələr həyata keçirilir".

Xeberdar.net

XƏBƏR LENTİ