"Xəzər" televiziyasının studiyasında bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.
Nəticədə xəsarət alan xanım aparıcı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər. Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
Xeberdar.net