Nyu-Yorkda yatmış adam 8-ci mərtəbədən yıxılmağına rəğmən ölməyib.
Xeberdar.net-in Rusiya mediasına istinadla verdiyi xəbərə görə, səhər saat 5 radələrində 35 yaşlı fəhlə Rendi Fotiseyn yuxudan oyanmadan mənzilinin pəncərəsinə çıxıb və aşağı uçub. Xoşbəxtlikdən o, 2-ci mərtəbəyə yaxın ağaclara dəydikdən sonra yerə düşüb. Fəhlənin ayağı və qabırğaları sınıb. Zərərçəkmiş xəstəxanaya aparılıb.
Qardaşının sözlərinə görə, Fotiseyn gəncliyindən lunatizmdən(yaxud somnambulizm-yuxuda ikən durub gəzmə xəstəliyi-S.L.) əziyyət çəkir. Lunatikin qızı atasının axşam saatlarında yuxu həbləri qəbul etdiyini söyləyib.
Xeberdar.net