Rusiyada hava şəraiti onlarla aviareysin təxirə salınmasına səbəb olub. Xeberdar.net Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt Moskvanın 3 hava limanında 11 reys ləğv olunub, 102-si isə geçikir.
Məlumata görə, "Şeremetyevo" hava limanında 54 reys gecikir, "Domodedovo"da 23 reys gecikir, 10-u ləğv olunub, "Vnukovo" hava limanında isə 25 reys gecikir, biri isə ləğv olunub.
Qeyd edək ki, aviareyslərin gecikməsinə və ləğv olunmasına səbəb hava şəraiti olub.
Xeberdar.net