Sabah hava küləkli olacaq

897 4-02-2018, 13:40 cemiyyet / gundem

Sabah hava küləkli olacaqSabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti təşkil edəcək.

Sabah Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Fevralın 5-də Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacaq.

Şimal və şimal-qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Sabah Mərkəzi-Aran rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Cənub bölgəsində hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.

Xeberdar.net

XƏBƏR LENTİ