«ABŞ əsgəri Türkiyə ordusunun hədəfi ola bilər, əgər…» – Bəkir Bozdağ

683 4-02-2018, 16:52 dunya / gundem

«ABŞ əsgəri Türkiyə ordusunun hədəfi ola bilər, əgər…» – Bəkir BozdağXeberdar.net-in Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib ki, kürd «Xalq özünümüdafiə qüvvələri» (XÖQ) dəstələrinin uniformasını geyinmiş Amerika Birləşmiş Ştatlarının əsgərləri Türkiyə silahlı qüvvələrinin (SQ) hədəfi ola bilərlər. Onun sözlərini «CNN Türk» telekanalı yayımlayıb.

«Əgər bu qüvvələr (kürdlər – red.) Mənbicdən getməsələr, biz bu şəhərə də girəcəyik, həm də Ərəfatın şərqinə də gedəcəyik. XÖQ uniforması geyinmiş ABŞ əsgəri də hədəfimiz olacaq» – deyə, Bekir Bozdağ bəyan edib.

Onun sözlərinə görə, «Zeytun budağı» əməliyyatının 16-cı günü Suriyanın Afrin rayonunda Türkiyə silahlı qüvvələri 932 terrorçunu zərərsizləşdirib.

Xeberdar.net

XƏBƏR LENTİ