Boks olimpiada proqramından kənarlaşdırıla bilər

Boks olimpiada proqramından kənarlaşdırıla bilər
Beynəlxalq Olimpiya Komitəsi (İOC) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) maliyyələşdirilməsini dayandırıb.

“Report”un məlumatına görə, bu barədə İOC prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlama verib. Almaniyalı funksioner bildirib ki, İOC boksun bu il Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına salınma məsələsinə yenidən baxa bilər. Bax AİBA-nın idarəetmə sisteminin araşdırılmasına başlanıldığını və ali boks təşkilatı ilə bütün təmasların dondurulduğunu vurğulayıb.

2017-ci ilin noyabrında AİBA İcraiyyə Komitəsi Çinq-Kuo Vunun qurumun prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılmasına dair qərar qəbul edib. Səbəb kimi maliyyə sərfiyyatı da daxil olmaqla, bir sıra nizam-intizam ittihamları göstərilib. Həmin ayın sonlarında Vu 11 ilədək rəhbərlik etdiyi təşkilatdan istefa verib. Onun səlahiyyətlərini AİBA-nın vitse-prezidenti Franko Falçinelli yerinə yetirib. Yanvarın sonlarında isə bu vəzifə müvəqqəti olaraq, Qafur Rəhimova həvalə olunub.

İOC İcraiyyə Komitəsi AİBA-dan aprelin 30-dək yeni hesabat gözlədiyini də bəyan edib.

Qeyd edək ki, AİBA 2011-ci ildə Azərbaycanın “Benkons” şirkətindən 10 milyon dollar kredit alsa da, hələ qaytarmayıb. Bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Növbədənkənar Konqresdə həmin vəsaitin ödənişinə 2021-ci ildən başlanılmasına dair qərar qəbul olunub.

Xeberdar.net

Boks olimpiada proqramından kənarlaşdırıla bilər

  • 5-02-2018, 10:57
  • 182


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. “Bu həyat dediyin...”dir şairə ilham verən...
  3. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  4. Pəri məclisi - Kitab təqdimatı (tam tədbir)+video
  5. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  6. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  7. Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu
  8. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  9. NORVEÇ BAKIDAKI SƏFİRLİYİNİ BAĞLAYIR! – Səbəbi açıqlanmır
  10. Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI