23 yaşlı gənc qocalar evindəki 3 qadına təcavüz etməyə çalışdı - DƏHŞƏT...

828 9-02-2018, 20:02 dunya / gundem

23 yaşlı gənc qocalar evindəki 3 qadına təcavüz etməyə çalışdı - DƏHŞƏT...Fransada yerləşən qocalar evində yaşayan 3 qadına təcavüz etmək istəyən gənc adam yaxalanıb.

Moderator.az xəbər verir ki, yaşlıların qaldığı baxım evinin arxa qapısından girən 23 yaşlı adam iddiaya görə 84, 93 və 94 yaşlarındakı 3 ahıl yaşlı qadına təcavüz etməyə çalışıb.Qadınlar qorxudan çığıraraq ətrafdakıları köməyə çağırıblar.

Hadisə yerinə çağırılan polis təcavüzkarı bina içində yaxalayıb. Təcavüzə məruz qalan qadınlardan birinin Alzheimer xəstəsi olduğu bildirilib. Təcavüzkar həddindən artıq içkili olduğunu və narkotik istifadə etdiyini iddia edərək təcavüzə cəhd göstərmədiyini bildirib və sərbəst buraxılmasını tələb edib.

Xeberdar.net

XƏBƏR LENTİ