Ərdoğandan Putinə gecə zəngi

623 12-02-2018, 10:21 dunya / gundem

Ərdoğandan Putinə gecə zəngiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Telefon danışığı zamanı Ərdoğan rusiyalı həmkarına təyyarə qəzasına görə başsağlığı verib.

O, faciə zamanı yaxınlarını itirənlərin ailələrinə və rus xalqına səbir diləyib.

Qeyd edək ki, bu gün Rusiyanın Аn-148 sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.(Axar.az )

XƏBƏR LENTİ