Baş nazirin müavini məzuniyyətə çıxdı

698 12-02-2018, 11:05 cemiyyet / gundem

Baş nazirin müavini məzuniyyətə çıxdıBaş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndəsi təyin edilib.

YAP-dan APA-ya verilən məlumata görə, Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər etibarən baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.

Xeberdar.net

XƏBƏR LENTİ