Tramp Putinə yardım təklif etdi

592 13-02-2018, 10:58 dunya / gundem

Tramp Putinə yardım təklif etdiABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Moskva ətrafında baş verən təyyarə qəzasının araşdırılması ilə bağlı yardım təklif edib

Xeberdar.net məlumat verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Müvafiq təklif dövlət başçılarının telefon danışığı zamanı səsləndirilib. Ötən gün D.Tramp zəng edərək Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası ilə əlaqədar Vladimir Putinə başsağlığı verib. Söhbət zamanı tərəflər həmçinin Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsi və Şimali Koreya ətrafında vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, fevralın 11-də “Saratov hava yolları” aviaşirkətinə məxsus An-148 təyyarəsi Ramenskoye rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 71 nəfərin hamısı ölüb.

Hazırda təyyarənin qəzaya uğraması səbəbləri araşdırılır.

Xeberdar.net

XƏBƏR LENTİ