BMT Azərbaycan ilə danışıqlar aparacaq

559 14-02-2018, 15:35 dunya / gundem

BMT Azərbaycan ilə danışıqlar aparacaq"BMT ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədədir. Azərbaycan BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında könüllü şəkildə hesabat təqdim edən ilk ölkələrdən biri olub".

Bu sözləri BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib. O, qeyd edib ki, Azərbaycan hökuməti ilə bir sıra layihələr üzərində işlər aparılır və bununla bağlı layihələr üzrə bir sıra tədbirlər görülməkdədir:
"BMT-nin əsas məqsədi həmin işləri həyata keçirməkdir. Bu baxımdan Azərbaycan hökumətinə əlimizdən gələn yardımı etməyə çalışırıq. Məqsədimiz budur ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn bütün işləri həyata keçirsin".

BMT rəsmisi onu da qeyd edib ki, "MAPS" hesabatı üzrə keçirilən məsləhətləşmələrdə hökumət üzvləri, müxtəlif nazirliklərin nümayəndləri, özəl sektor təmsilçiləri, o cümlədən BMT danışıqlar aparacaq:

"Əlbəttə ki, çalışacağıq ki, bu görüş zamanı Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn hədəfləri öz aramızda müəyyən edək.

Bununla bağlı hansı müvafiq siyasətin yürüdülməsi, seçimlərin edilməsi ilə əlaqədar fikir mübadiləsi aparacağıq. Hesab edirik ki, bu işlərin həyata keçirilməsi Azərbaycan cəmiyyətinə, əlilliyi olan şəxslərə, qadın və uşaqlara, həmçinin gənclərə labüd olan proqramlardır.

Bu proqramlar həm kənd, həm də şəhər yerlərində yaşayan əhali üçün nəzərdə tutulub. Beləliklə, biz bir ölkənin bütövlükdə inkişafəna töhfə vermiş oluruq(musavat.com)

XƏBƏR LENTİ