Yol polisi DTX-nın keçirdiyi əməliyyata mane oldu – İşdən qovuldu

1 310 19-02-2018, 12:34 gundem


Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib

Yol polisi DTX-nın keçirdiyi əməliyyata mane oldu – İşdən qovuldu
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib. Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.(Sfera.az)

XƏBƏR LENTİ