“Türkiyə Afrini mühasirəyə alacaq” - Ərdoğan elan etdi

600 20-02-2018, 14:21 dunya / gundem

“Türkiyə Afrini mühasirəyə alacaq” - Ərdoğan elan etdiTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bəşər Əsəd güclərinin PKK ilə razılaşaraq qoşunlarını Afrinə yeridəcəyinə dair yayılan xəbərlərdən sonra ilk açıqlamasını verib.

Dövlət başçısı canlı olaraq yayımlanan çıxışında yaxın günlərdə Afrin şəhər mərkəzini mühasirəyə alacaqlarını elan edib:

“Biz oraya qarşımıza çıxanı yıxıb-dağıtmaq üçün getmədik. Biz yaşamağa yararlı və təhlükəsiz bölgə halına gətirə bilmək üçün Afrinə daxil olmuşuq. Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq. Beləliklə də, şəhərə və bölgəyə kənardan gələn yardımların qarşısı alınacaq.

Türkiyə hərbi əməliyyatları daim ən son ehtimal olaraq görüb. İllərdir Suriyadakı terror təşkilatları tərəfindən olunan təhdidlərin qarşısının alınmasını gözlədik. Baxdıq ki, təhdidlər azalmır əksinə artır və sərhədlərimizi aşaraq bizə zərər vurur. Hərəkətə keçməkdən başqa çarə görmədik”. (Qafqazinfo)

XƏBƏR LENTİ